Şeir-nağıllar

Gülzar İbrahimovanın Sayta yerləşdirdiyi şeir-nağıllar öyrətməkdən əlavə həm də əyləncəli xarakter daşıyır. Şeir-nağıllların üstün cəhəti ondadır ki, o həm nağıl danışır, həm şeir oxutdurur. Şeir-nağıl həm də satira kimi güldürməyi, təmsil kimi tənqidi yanaşmağı öyrədir.

Dənizkənarı parka Gəldi iki qurbağa. Boyları bapbalaca, Biri birindən qoca.

Yığışdı oyuncaqlar, Qəşəng süfrə açdılar, Məni də çağırdılar Oldum onlara qonaq. Gətirdilər, bal və yağ,  Bişirdilər qayqanaq. 

Qalın Cəngi meşəsində,  Uca bir dağ zirvəsində,  Bütün meşə heyvanları, Həşaratları, quşları, Zəhmət çəkib öz gücünə,  Hərə ev qurub özünə, Yaşayırdı, sakit, rahat, Burda çox gözəldi həyat.

Bir gün balaca dovşan, Səhər durdu yuxudan, Çıxdı meşədə gəzsin, Səhər yeməyi yesin.

Vardı qoca bir nənə  cuqqa geyib əyninə Özündən nağıl qoşar Gecə gendüz danışar Deməzdi yorulmuşam  Qoşardı səhər axşam Hamıya danışardı

Sinfimizdə bir oğlan,  Danışardı hey yalan, Yalandan and içərdi, “Allah haqqı” deyərdi. 

Siçan çıxdı deşikdən, “Myau”, səs gəldi birdən! Pişik cumdu, deşiyə,  Siçan qaçdı eşiyə...

Bizim bu tənbəl Aydan, Doymur heç vaxt yuxudan. Ata deyir "Qızım dur, Ana deyir, "Nazım, dur!" Aydan oyanıb, durmur Belə deyir yalandan Azca yatım, duraram! 

Xoruzun ad gününə, Toyuq dedi: “Gəlsənə, Mən tort bişirim sənə, Şokoladlı kremli, Üstündə qozlu, cemli!

Deyirlər qədimdə bir padşah varmış, Varı-dövləti başından aşarmış, Yaşayarmış onun xəlqi firavan, Sevinc içərisində hər bir insan, Çalışardılar zəhmətlə gündüzlər, Rahat-rahat yatardılar gecələr.

Mələk ikinci sinifdə oxuyurdu. Amma bu gün o məktəbə dərsə yox, Novruz şənliyinə gedəcəkdi. Məktəbdə Novruz şənliyi var idi. Özü də Mələk şənlikdə keçiriləcək «xonça» müsabiqəsində də iştirak edəcəkdi. 

Günlərin bir günündə, Şamaxının kəndində, Getdi meşəyə qızlar, Gül-çiçək toplasınlar.