Vardı qoca bir nənə
cuqqa geyib əyninə
Özündən nağıl qoşar
Gecə gendüz danışar
Deməzdi yorulmuşam
Qoşardı səhər axşam
Hamıya danışardı
O hər gün nağıl qoşar
Nağıllarda yaşayar
Ayaqları çarıqlı,
Başı kələğayılı,
Dili-ağzı nağıllı
Özündən nağıl qoşan
Nağıllarda yaşayan,
Bir qoca nənə vardı,
Onun adı Gülzardı
O Xeyirlə dostlaşar,
Şər ilə dalaşardı
Özündən nağıl qoşub
Hamıya danışardı
Qocalmışdı, düşmüşdü,
Dişləri tökülmüşdü.
Heyi də qalmamışdı,
Beli lap bükülmüşdü,
Əsası bir əlində,
Nağılları dilində
Qapı-qapı gəzərdi,
Uşaq dünyasını o,
Nağıllarla bəzərdi
Gecələr ulduz tutar,
Heybəsinə yığardı,
Harda qaranlıq olsa
Orda körpələr qorxsa,
Səpərdi ulduzları,
Qovardı qorxuları.
Yeriyirdi güc ilə
Yol ilə, cığır ilə,
Gəzirdi, dolaşırdı,
Danışıb özü-özü ilə
Şirin nağıl qoşurdu,
Hey nağıl danışırdı.
Biri varmış biri yoxmuş,
Doğru azmış, yalan çoxmuş.
Belə bir çətin dövranda
Bir isti susuz səhrada
Çox gözəl bir çiçək varmış
Tikanlıqdan keçən hər kəs
Bu gülə aşiq olarmış
Sonra dərib apararmış
GÜl bundan şadlanarmış
Yenə çiçək açarmış,
Ətri hər yana çatar
Elə bir gözəl çiçəkmiş,
Bir kimsə qırıb dərməzmiş
Süd kimi ağ ləçəkləri
Gülzar nənydi adı
Bir də görərdin qarı
Ulduzlarla danışır
Günəşi tənbeh edir,
Çox yandırırsan, deyir
Gecə danışır Ayla
Deyir batmısan hara
Tez çıx, uşaqlar yatıb
Hər yan olub qaranlıq.