Uşaqlar üçün Lətifələr çox az olduğundan yazıçı Gülzar İbrahimova balalar üçün mindən çox lətifə yazıb. Onların çoxunu məktəb hadisələrindən toplayıb, bəzilərini başqa dillərdən tərcümə edib, bir hissəsini isə internetdən götürərək uşaqların yaşına uyğunlaşdırıb. Nəticədə uşaqların əhvalını yaxşılaşdıran, onları güldürməyi bacaran lətifələr, anekdotlar, gülməli əhvalatlar yaranıb. Müəllif hər kəsə sevinc dolu, gülüş dolu günlər arzu edir.