Gulzarnənə.com saytında yazıçı Gülzar İbrahimovanın yazdığı nağıllar toplanıb. Nağıllar yaş qruplarına görə qruplara ayrılıb. Nağılların uşaqların həyatında olması vacibdir. Onlar uşaqların qəlbinə, ürəyinə, beyninə, yaddaşına həkk olub, onların daxilində gözəl, rəngli bir aləm yaradırlar. Nağılların dili uşaqların dilidir. Nağıllar vasitəsi ilə uşaqlar dünyanı daha yaxşı başa düşür, yaxşını pisdən, yalanı düzdən ayıra bilir. Nağıllar öyrədir, düşündürür, hansı yolun yanlış, hansı yolun düz olduğunu göstərir. Nağıl ilə uşaqların dünyası rəngarəng olur.