Povest və Hekayələr

Gulzarnənə.com saytında yazıçı Gülzar İbrahimovanın hekayələri balaca oxucuları öyrədir, düşündürür. Onlar ata-anaya sevgidən, Vətən sevgisindən, dostluğa sədaqətdən, təmizlikdən, təbiətin və təbiətdəki canlıların qorunması haqqındadır. Balaca oxucular bu hekayələrdən düşünər və öyrənər. Saytda böyük yaş qrupuna aid Povest və Hekayələr də var ki, onlar həyatdan götürülüb. "Mən böyüdüm, Sən də böyü", Türkiyədə baş vermiş zəlzələdəndir. "Polinanın göz yaşı", Ukrayna-Rusiya müharibəsi zamanı balaca bir oğlanın başına gələnlərdəndir. "Bir gecədə dəyişən arzu", Gəncədə baş vermiş terror hadisəsinə həsr edilib.

Habil, Qabil və Gül üçüz idilər. Yəni, əkizlər kimi bir gündə doğulmuşdular. İkisi oğlan idi, biri qız. Üçü də bir-birlərinə oxşayırdı.

Aynur elə sevinirdi ki... Baba ilə  dənizkənarı parka getmək onun çox xoşuna gəlirdi. Nə istəyirdi, baba alırdı, nəyə istəyirdi, baba mindirirdi.

Bryansk  vilayətinin Komariçi qəsəbəsində Vladik (Vladislav) adlı 12 yaşlı bir oğlan var idi.