Şeirlər bölməsinə qayıt
Şeirlər
Mən balaca deyiləm
(şeir)Səhər tezdən dururam,Əl-üzümü yuyuramO qədər böyümüşəm,10-a qədər sayıram! Kuklamı çimdirirəm,Qəşəng geyindirirəmO qədər böyüyəm ki,Bağçaya da gedirəm! Ad günümdə hamı mənə,Qəşəng hədiyyə alacaqDeməyin mənə balaca...
(şeir)
Səhər tezdən dururam,
Əl-üzümü yuyuram
O qədər böyümüşəm,
10-a qədər sayıram!
Kuklamı çimdirirəm,
Qəşəng geyindirirəm
O qədər böyüyəm ki,
Bağçaya da gedirəm!
Ad günümdə hamı mənə,
Qəşəng hədiyyə alacaq
Deməyin mənə balaca,
Mənim beş yaşım olacaq!
Böyüyəm mən, böyüyəm
Görün necə, böyüyəm
Sevinirəm ay uşaqlar,
Kuklamdan da böyüyəm!
Müəllif: Gülzar İbrahimova