Şeirlər bölməsinə qayıt
Şeirlər
Mənim ağıllı balam
(şeir)Mən saymağı bilirəm,Hərfləri tanıyıramMənim də var məktəb çantam,Sabah məktəbə gedirəm! Müəllimə desə «A» yaz Mən tez «ana» yazacağam,Desə ki, 10-a qədər say,100-ə qədər sayacağam! Çoxlu-çoxlu oxuyub,Savadlı olacağ...
(şeir)
Mən saymağı bilirəm,
Hərfləri tanıyıram
Mənim də var məktəb çantam,
Sabah məktəbə gedirəm!
Müəllimə desə «A» yaz
Mən tez «ana» yazacağam,
Desə ki, 10-a qədər say,
100-ə qədər sayacağam!
Çoxlu-çoxlu oxuyub,
Savadlı olacağam
Mənə deyəcək anam,
«Mənim ağıllı balam»!
Müəllif: Gülzar İbrahimova