Şeirlər bölməsinə qayıt
Şeirlər
Yuxuyozma
Ana, mənə de görümNəyə görə yuxudaMən hər gecə uçuram?Hərdən də görürəm ki,Dənizin dibindəyəm,Üzməsəm də batmıram?-Quş kimi uçursansaDeməli boy atırsan,Yuxuda üzürsənsəDemək xoş bəxtlisən sən-«Bəs o nədir ay ana? Gördüm...
Ana, mənə de görüm
Nəyə görə yuxuda
Mən hər gecə uçuram?
Hərdən də görürəm ki,
Dənizin dibindəyəm,
Üzməsəm də batmıram?
-Quş kimi uçursansa
Deməli boy atırsan,
Yuxuda üzürsənsə
Demək xoş bəxtlisən sən
-«Bəs o nədir ay ana?
Gördüm gecə yuxuda
Mənə tort yedirdirsən!
-Demək ac yatmısan sən!
Müəllif: Gülzar İbrahimova