Hekayələr bölməsinə qayıt
Hekayələr

Fədakarlıq

1 dəq oxu 25.06.2026 16+ yaş Hekayələr
Fədakarlıq

(hekayə)Böyük qardaş Universitetdə oxuyur. Tələbədir. Bildiyi hər şeyi kiçik qardaşına öyrətməyə çalışır. Bir gün onlar çox maraqlı söhbət edirlər. Kiçik qardaş narazı-narazı deyir:-Biz elə dövrdə yaşayırıq ki, hər iş m...

 

(hekayə)

Böyük qardaş Universitetdə oxuyur. Tələbədir. Bildiyi hər şeyi kiçik qardaşına öyrətməyə çalışır. Bir gün onlar çox maraqlı söhbət edirlər. Kiçik qardaş narazı-narazı deyir:

-Biz elə dövrdə yaşayırıq ki, hər iş maraqsızdır. Hamı ancaq pul qazanmağa çalışır. Heç kim böyük işlər görmək istəmir.

Böyük qardaş soruşur:

-Sən böyük iş deyəndə nəyi nəzərdə tutursan?

- Keçmişdə yaşayan insanlar qəhrəmanlıq göstəriblər. Bir-birləri üçün, dostları üçün fədakarlıq ediblər, canlarından keçiblər.

  - Məgər indi elə insanlar yoxdur? Bəs analar öz həyatlarını övladlarına həsr etmirlər? Müəllimlər uşaqları savadlı etmək üçün gecə-gündüz çalışmırlar? Həkimlər yuxusuz qalıb xəstələrin həyatını ölümdən qurtarmılrlar? Məgər bunlar hamısı fədakarlıq deyil?

- Düz deyirsən!

 

                                                                                                                                                                                                                      Müəllif: Gülzar İbrahimova