Mən daha böyüyəm
(hekayə)Oğul: Siz həmişə mənə nəzarət edirsiz, bu məni yorur. Axı mən daha böyüyəm, özüm-özümü müdafiə edə bilərəm. Ata: Düzdü, hərəkətlərini dərk edirsən, amma səhvlərinə görə biz əziyyət çəkməli olruruq.Oğul: Özünüz d...
(hekayə)
Oğul: Siz həmişə mənə nəzarət edirsiz, bu məni yorur. Axı mən daha böyüyəm, özüm-özümü müdafiə edə bilərəm.
Ata: Düzdü, hərəkətlərini dərk edirsən, amma səhvlərinə görə biz əziyyət çəkməli olruruq.
Oğul: Özünüz deyirsiz ki, adam səhv etdikdə öyrənir. Siz isə mənə sərbəstlik vermək istiəmirsiniz.
Ana: Biz sənə heç vaxt səhv məsləhət vermərik. Axı biz sənə görə həmişə narahat oluruq.
Oğul: Nahaq narahat olursunuz. Mən artıq böyüyəm.
Ata: Sənin özünün nə vaxtsa şəxsi ailən olanda başa düşəjəksən ki, valideynlər uşaq üçün möhkəm dayaqdırlar. Hər bir valideyn istəyir ki, öz bildiklərini övladına öyrətsin.
Oğul: Mənjə başqasının ağlı adamın öz ağlını artırmaz. Çünki o adamın öz beyninin deyil. Adam gərək özü hər şey haqda qərar versin.
Ana: Ailədə yad adam olmur. Sənin problemlərin hamının problemidir. Problemi yığışıb, məsləhətləşib həll etmək lazımdır.
Oğul: Onda belə çıxır ki, mən həmişə sizinlə məsləhətləşməliyəm?
Ana: Sən məsləhətləş, bundan sənə heç bir ziyan dəyməz.
Ata: Məsləhətləş, amma son, düzgün qərarı özün qəbul et.
Müəllif: Gülzar İbrahimova