Kateqoriya bölməsinə qayıt
Kateqoriya

Dost nəyə lazımdır?

1 dəq oxu 25.06.2026 Kateqoriya
Dost nəyə lazımdır?

(hekayə)Baba: Niyə bikefsən?Nəvə: Necə bikef olmayım? Hamının dostu var, mənim isə dostum yoxdur. Bax, baba, uşaqlarla bir yerdə oynayırıq, amma onların heç biri mənim həqiqi dostum deyil. İstəyirəm ki, mənim də həqiqi ...

 

(hekayə)

Baba: Niyə bikefsən?

Nəvə: Necə bikef olmayım? Hamının dostu var, mənim isə dostum yoxdur. Bax, baba, uşaqlarla bir yerdə oynayırıq, amma onların heç biri mənim həqiqi dostum deyil. İstəyirəm ki, mənim də həqiqi dostum olsun.

Baba: Mənim üçün çox maraqlıdır. Dost nəyinə lazımdır?

Nəvə: İstəyirəm dostumla gəzməyə gedim, onunla bir yerdə sevinim, dərdim olanda onunla bölüşüm. O da mənimlə…

Baba: Düz deyirsən, dost adama vacib lazımdır. Amma özünə layiq dost tapmaq üçün əvvəlcə mütləq ya sevimli işini, ya sevimli peşəni, ya da sevimli idman növünü, yaxud hər hansı bir səni əyləndirən, öyrədən bir məşğələni seçib - tapmalısan ki, elə orda da özünə həmxasiyyət olan, onunla sözün tutan dostunu da tapasan.

Nəvə: Düz deyirsən baba, elə də etmək lazımdır.

 

                                                                                                                                                                                                                 Müəllif: Gülzar İbrahimova