Bax, biz beləyik!
(Uşaqlar şeiri əzbərləyir. Hər səhər ya bağçada, ya da həyətdə onu əzbər deyə-deyə idman edirlər)1. Deyir müəllim: Uşaqlar, gəlin, - Gəzməyə gedək, Bağdan tut yeyək!Biz sevinirik, “Uraaa” deyirik, Yol verin bizə, Çox tə...
(Uşaqlar şeiri əzbərləyir. Hər səhər ya bağçada, ya da həyətdə onu əzbər deyə-deyə idman edirlər)
1. Deyir müəllim:
Uşaqlar, gəlin,
- Gəzməyə gedək,
Bağdan tut yeyək!
Biz sevinirik,
“Uraaa” deyirik,
Yol verin bizə,
Çox tələsirik,
Bağa gedirik!
Bax belə!
Bir-iki,
Üç-dörd!
Bir-iki,
Üç-dörd!
(Uşaqlar ya yerlərində, ya da dövrə vuraraq addımlayırlar)
2. Bağçada hər gün
Həyətə çıxıb
Biz tut yeyirik!
Qolumuz göyə,
Sonra da yerə!
Bax belə!
Bir-iki,
Üç-dörd!
Bir-iki,
Üç-dörd!
(Uşaqlar qollarını yuxarı-aşağı aparır)
3. Tut düşsə yerə
Biz götürərik.
Amma yemərik!
Bax biz beləyik!
Bax belə!
Bir-iki,
Üç-dörd!
Bir-iki,
Üç-dörd!
(Uşaqlar yerdən nəsə götürürmüş kimi əllərini ayaqlarına qədər aparır, sonra düzəlib əlləri belə qoyurlar )
4. Doyandan sonra,
Dovşanlar kimi,
Atılıb-düşüb,
Biz rəqs edirik,
Bax, biz beləyik!
Bax belə!
Bir-iki,
Üç-dörd!
Bir-iki,
Üç-dörd!
(Uşaqlar əlləri belində oturub dururlar)
5. Qol-qola girib
Biz fırlanırıq,
Sonra dayanıb,
Tərs fırlanırıq!
Bax belə!
Bir-iki,
Üç-dörd!
Bir-iki,
Üç-dörd!
(Bir uşaq sağ qolu ilə digərinin sol qoluna girir və 3 dəfə fırlanır, sonra qollarını dəyişirlər. Rus milli rəqsindəki kimi)
6. Sağlam olmaq istəsək
Gərək biz meyvə yeyək
Gərək idman da edək
Havada çoxlu gəzək!
Bax belə!
Bir-iki,
Üç-dörd!
Bir-iki,
Üç-dörd!
(Uşaqlar yenə ya yerlərində, ya da dövrə vuraraq addımlayırlar)
Müəllif: Gülzar İbrahimova